İdman viktorinası
Təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı məqsədilə 27 fevral – 3 mart 2023 –cü il tarixlərində ümumtəhsil məktəblərində idman həftəsinin keçirilməsi layihə çərçivəsində məktəbin idman müəllimi Kamran Məmmədovun təşkilatçılığı ilə idman viktorinası həyata keçirildi.