Şəhidimizin doğum günü

     24.01. 2023-cü il tarixi Bakı şəhəri 24 nömrəli tam orta məktəbin İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn qəhrəman məzunu Şikarov Nəcəf Şikar oğlunun doğum günüdür.Bu məqsədlə şəhidimizin anım mərasimi keçirildi. Məktəbin müəllim və şagird kollektivi  Nəcəf Şikarovun xatirə abidəsini ziyarət edərək onun abidəsinin önünə gül dəstələri düzdülər. Şadirdlər şəhidin əziz xatirəsinə şeirlər söylədilər və onun şərəfli ömür yolundan danışdılar.Şəhidimizin anım mərasimində Bakı şəhəri Xətai rayonu İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov da iştirak etdi. Allah şəhidlərimizə rəhmət etsin!.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi