20 Yanvar azadlığa gedən yol

    20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planına əsasən bu gün məktəbimizdə şəhidlərin xatirəsi hörmətlə yad olunaraq məktəbin 6b sinfinin rəhbəri Sevda Hüseynovanın və musiqi müəllimi Aysel Şirinovanın təşkilatçılığı ilə ədəbi-bədii kompozisiya təşkil olundu. Tədbir dövlət himninin oxunması ilə başladı. 20 Yanvar şəhidləri və bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra  qanlı gecəni əks etdirən filmdən qısa videotəqdimata baxıldı. Sonra 6b sinif şagirdlərinin ifasında kompozisiya nümayiş olundu. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumat vermək, tarixi hadisələrə düzgün münasibət bildirmək, rəy vermək bacarığının formalaşdırılması, xalqımızın səlnaməsinin tətbiq edilməsidir.Allah şəhidlərimizə rəhmət etsin.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi