31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü

31 dekabr- Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 1991-ci ilin 16 dekabrında Ulu öndərimiz Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü –Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu münasibətlə şagirdlərimiz divar qəzetləri hazırladılar.