Qarabağın tarixi və coğrafiyası
16.12.2022-ci il tarixində məktəbimizdə işğaldan azad edilmiş bölgələrin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbir təşkil olundu. Tədbirdə məktəbin coğrafiya müəllimi Solmaz Alıyeva şagirdlərə mövzu ilə bağlı ətraflı məlumat verdi. 9a sinif şagirdlərinin hazırladığı videoçarx maraqla izlənildi.