Yol hərəkəti qaydalarını öyrənirik
Məktəbin ibtidai sinif müəllimi Arzu Məmmədovanın təşkilatçılığı və 4c sinif şagirdlərinin iştirakı ilə “Yol hərəkəti qaydalarını öyrənirik” mövzusunda sinif təşkilat saatı keçirilmişdir. Məqsəd yol- nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, şagirdlərə yol hərəkəti qaydaları və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması idi.