Zərərli vərdişlərə yox deyək
Zərərli vərdişlər və onların törətdiyi fəsadlarla mübarizə üsulları ilə bağlı məktəbin psixoloqu Məhəbbət Hacıbabayeva siniflərdə şagirdlərlə maarifləndirici söhbətlər apardı. Məqsəd şagirdləri pis vərdişlər, onların fəsadları haqqında maarifləndirmək, zərərli vərdişlərdən uzaq durmaq, hər zaman sağlam gənclik, sağlam bədən, sağlam ruh devizini rəhbər tutaraq yaşamağın vacibliyini şagirdlərə aşılamaq idi.