Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir
Bu gün 24 nömrəli tam orta məktəbdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin təşkilatçılığı ilə “8 noyabr –Zəfər Günü”, eləcə də Vətən müharibəsində şanlı qələbəmizin ikinci ildönümü” münasibətilə “Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir” devizi altında tədbir keçirildi.Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin hərbi rəhbərlərin metodisti Mürsəl Qurbanov,Polkovnik-leytenant Elmdar Naibov,polkovnik leytenant Fərman Məmmədov,Xətai rayonu məktəblərinin hərbi rəhbərləri,qazilər və şagirdlər iştirak etdilər.
Məktəbin foyesində 4a,6b və 8c sinif şagirdlərinin iştirakı ilə “ Zəfər Günü”-nə həsr olunmuş ədəbi-bədii kompozisiya, əl işlərindən və divar qəzetlərindən ibarət sərgi nümayiş olundu.