18 Oktyabr- Müstəqilliyin Bərpası Günü
1991-ci il 18 oktyabrda Azərbaycan Ali Sovetinin sessiyasinda “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunmuşdur. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığa qovuşmuşdur. Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi “ Müstəqillik Günü haqqında” qanuna əsasən, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilmişdir. Məktəbimizin 7- ci sinif şagirdləri bu məqsədlə divar qəzetləri hazırladılar.