"Son zəng" tədbiri keçirildi.

Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə "Son zəng" tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, Xətai rayonu İcra Hakimiyyətinin nümayəndəsi, məzunlar, müəllimlər iştirak etdilər.
Məktəbin direktoru Şəhanə xanım tədbiri giriş sözü ilə açdı, məzunlara sonrakı həyatlarında bol-bol uğurlar arzuladı.
Tədbirdə məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirildi.