TDM-in əməkdaşları sinif rəhbərləri ilə görüş təşkil etdilər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin (TDM) əməkdaşları məktəbin rəhbər heyəti ilə birlikdə Məktəbin İnkişaf Planını(MİP) hazırlayırlar. MİP-in hazırlanması çərçivəsində məktəbdəki real vəziyyətlə tanış olmaq, təlim-tərbiyə prosesinin inkişafı istiqamətində yaxından dəstək göstərə bilmək üçün dərs müşahidələri aparılır, məktəb rəhbərliyi, müəllimlər, ümumilikdə, bütün heyətlə müzakirələr təşkil edilir.
Məqsəd Təhsildə Keyfiyyət Təminatı Agentliyinin inspeksiyası nəticəsində aşkarlanmış çatışmazlıqların aradan qaldırılmasıdır.
Bugünki görüş sinif rəhbərlərinin iştirakı ilə təşkil olundu. Onlara sinfin, şagirdlərin idarə olunması haqqında önəmli tövsiyyələr verildi, təkliflər müzakirə olundu.