Dəyirmi masa təşkil olundu.
İmtahan stressi imtahandan əvvəl və ya imtahan vaxtı bacarığın səmərəli istifadə edilməsinə neqativ təsir göstərən narahatlıq halıdır. İmtahan stressi stressin digər formalarında olan vəziyyətlə eynidir, lakin bu cür stressin yaranma səbəbi imtahanla bağlı narahatlıqlardır. Stressin bu növü şəxsdə bir çox sferada öz əlamətlərini göstərə bilər. Xüsusən də, emosional, fizioloji, zehni və davranışla bağlı dəyişikliklərin olmasına səbəb olur.
Bakı Şəhəri Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin psixoloq metodisti Səfərova Heyran məktəbin 11-ci sinif şagirdləri ilə "İmtahan qabağı stresin idarə olunması" mövzusunda dəyirmi masa təşkil etdi, şagirdlərə faydalı məlumatlar verdi, mövzu ilə bağlı testlər işlətdi.
Dəyirmi masada məktəbin psixoloqları Hacıbabayeva Məhəbbət və Feyzullayeva Pərvanə iştirak etdilər.