Ulu Öndər ürəklərdə.
Ümummilli lider, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə məktəbin Fəaliyyət Planına uyğun olaraq riyaziyyat müəllimi Fəhradova Aynur və musiqi müəllimi Nuriyeva İradənin rəhbərliyi altında 7"A" sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi.Tədbirdə dahi şəxsiyyətin ömür yolu, siyasi fəaliyyəti, Azərbaycanın inkişafı, güclü dövlət kimi dünyada tanınması üçün gördüyü işlər işıqlandırıldı, video təqdimatlar izləndi. Şagirdlərin ifasında səhnəciklər, mahnı, şeirlər və bayraq rəqsi nümayiş olundu.
Sonda məktəbin direktoru Şəhanə Əhmədova çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqımızın tarixindəki önəmindən, ideologiyasının davamı üçün məktəblilərin üzərinə düşən vəzifələrdən danışdı.