Şuşa Qarabağın döyünən ürəyi!
"Şuşa ili" ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planının həyata keçirilməsi məqsədilə 24 nömrəli tam orta məktəbin musiqi müəllimi Şirinova Ayselin təşkilatçılığı altında "Şuşa Qarabağın döyünən ürəyi" adlı ədəbi-musiqili tədbir hazırlandı. Tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır.