Azərbaycanın Birinci Xanımı.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Azərbaycanın milli-mədəni irsinin, ədəbiyyat və incəsənətinin qorunmasında, beynəlxalq səviyyəsində təbliğ olunmasında müstəsna rolunu qiymətləndirmək, Mehriban Xanım Əliyevanın simasında Azərbaycan qadını obrazı, cəmiyyətimizdə qadının rolu və ona verilən yüksək dəyər, Milli-mədəni irsinin öyrədilməsinin və qorunub saxlanılmasının təbliğ olunması məqsədilə məktəbin musiqi müəllimi Nuriyeva İradənin təşkilatçılığı ilə maraqlı tədbir təşkil olundu. Tədbirdə məktəb rəhbərliyi, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin metodistləri iştirak etdilər.