Şagirdlər kitabxanaya ekskursiya etdilər.
"Oxu günü" tədbirinin keçirilməsi layihəsi çərçivəsində Bakı şəhəri 24 nömrəli məktəbin ibtidai sinif müəllimi Kəmalə İsmayılovanın təşkilatçılığı ilə rəhbərlik etdiyi 1"C" sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialına ekskursiya etdilər. Ekskursiya zamanı kitabxana əməkdaşları şagirdlərə maraqlı məlumatlar verdilər, kitablardan maraqlı məlumatlar oxudular. Ekskursiya şagirdlərin böyük marağına səbəb oldu.