Təbiəti qoruyaq!
Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planının həyata keçirilməsi məqsədilə məktəbin 6"Ç" sinfinə rəhbərlik edən Kərimova Gülşənin təşkilatçılığı altında şagirdlər məktəbyanı sahədə təmizlik işləri gördülər.
Layihənin həyata keçirilməsində əsas məqsəd təhsilalanların ekoloji maarifləndirilməsi, onların ekoloji biliklərinin artırılması, təbiət fənlərinin digər fənlərə inteqrasiyasının təşkili, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, dövrün qlobal problemlərinin həllinə dəstək verilməsidir.