Şagirdlər sahibsiz heyvanlara qayğı göstərdilər.

Yaşıl layihə: "Təbiəti qoruyanlar" adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planının həyata keçirilməsi çərçivəsində məktəbin 6"D" sinfinin rəhbəri Almuradova Ramilənin təşkilatçılığı ilə uşaqlar məktəbyanı ərazidəki sahibsiz heyvanlara qayğı göstərdilər.
Məqsəd sahibsiz heyvanlara qulluq və şagirdlərdə heyvanlara düzgün münasibətin aşılanması idi.