Şəhidlər unudulmur.

Bakı şəhəri 24 nömrəli tam orta məktəbin məzunu, Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Məlikov Elvin İlham oğlunun mart ayının 20-si doğum günüdür. 
Bu məqsədlə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nəcəfova Kəmalənin təşkilatçılığı ilə rəhbərlik etdiyi 8"B" sinfində "Şəhidlər unudulmur" adlı xüsusi dərs təşkil olundu. Nəcəfova Kəmalə qəhrəman Elvinin sinif rəhbəri olmuşdur. Kəmalə müəllimə həm böyük hüzn, həm də böyük qürur hissi ilə Şəhidin keçdiyi həyat yolu haqda şagirdlərinə geniş məlumat verdi. O, Elvinin necə məsuliyyətli, çalışqan, zəhmətkeş, tərbiyəli şagird olduğunu qeyd etdi. Şagirdlər şəhidin müqəddəs xatirəsinə həsr olunmuş şeirlər, məlumatlar səsləndirdilər, video təqdimat nümayiş olundu.
Dərsdə məktəbin Tİİ üzrə direktor müavini Sevinc Orucova, Tİ üzrə direktor müavini Sevinc  Nəsibova da iştirak etdilər. 
Qeyd edək ki, Kəmalə müəllimənin rəhbərlik etdiyi 8"B" sinfi Elvin Məlikovun adını daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi