Əsgərə sovqat.
Bakı şəhəri 24 nömrəli tam orta məktəbin hərbi rəhbəri Hüseynova Şəhlanın təşkilatçılığı ilə işğal altında olan torpaqlarımızın azadlığı uğrunda ön cəbhədə vuruşan əsgərlərimizə Novruz bayramı münasibətilə bayram sovqatı hazırlandı.
Şagirdlərimizin böyük həyəcan və qürur hissi ilə yazdıqları məktublar sovqatlarla birlikdə əsgərlərə göndərildi.
Belə aksiyaların təşkil olunmasında əsas məqsəd xalq-ordu birliyini daha da möhkəmləndirmək, cəmiyyətdə vüsət alan yardımlaşma təşəbbüslərinin genişlənməsinə nail olmaq, xalqın sarsılmaz həmrəyliyini nümayiş etdirmək və Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə diqqəti cəlb etməkdən ibarətdir.
Zəfər sizinlədir, Azərbaycan əsgəri!