Müxtəlif ölkələrin Novruz adətləri.
"Bahar çələngi" layihəsinin icrası ilə bağlı Tədbirlər Planının həyata keçirilməsi məqsədilə Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə ingilis dili fənnini tədris edən Almuradova Ramilənin təşkilatçılığı altında rəhbərlik etdiyi 6"D" sinfində Novruz bayramının qeyd edildiyi ölkələrin adət-ənənələrinin əks olunduğu təqdimat xarakterli xüsusi dərs təşkil olundu.
Məqsəd Novruz bayramının keçirildiyi digər ölkələrin adət-ənənələri, o sıradan Novruz adətləri barədə məktəblilərin məlumatlandırılması idi.
Dərsdə məktəbin Tİ üzrə direktor müavini Sevinc Nəsibova iştirak etdi.
Şagirdlər müxtəlif ölkələrin Novruz adətlərindən bəhs edən video təqdimatlar təqdim etdilər.