1 Mart-Ümumdünya Mülki Müdafiə günüdür.

1 Mart bütün dünyada Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu tarix  1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilir.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunan bu gün bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir.
Əhalinin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
1 Mart 2022-ci il tarixində Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə Ümumdünya Mülki Müdafiə Günü münasibətilə məktəbin hərbi rəhbəri Şəhla Hüseynovanın təşkilatçılığı ilə şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş olundu. Sərgi məktəb rəhbərliyinin və şagirdlərin böyük marağına səbəb oldu.
 Həmçinin Mülkü Müdafiə Günü münasibətilə məktəbin ibtidai sinif müəllimi Məmmədova Səadətin təşkilatçılığı ilə rəhbərlik etdiyi 2"Ç" sinfində xüsusi dərs təşkil olundu. Dərsdə məktəbin direktoru Ş.Əhmədova, TTİ üzrə direktor müavini S.Orucova, Tİ üzrə direktor müavini S.Nəsibova, hərbi rəhbər Ş.Hüseynova və ibtidai sinif müəllimləri iştirak etdilər. S.Məmmədova Mülkü Müdafiə Günü və fövqəladə hallar zamanı necə davranmaq lazım olduğu barədə tədbir iştirakçılarını məlumatlandırdı. Mövzu ilə bağlı videoçarxlar nümayiş olundu.
Şagirdlər mövzu ilə bağlı səhnəciklərlə çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi