Olimpiya oyunları xüsusi haqda dərs təşkil olundu.

Təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı məqsədilə Təhsil Nazirliyi tərəfindən
 "5 mart-Bədən Tərbiyəsi və İdman Günü" ərəfəsində 28 fevral-4 mart 2022-ci il tarixlərində ümumtəhsil məktəblərində idman həftəsinin keçirilməsi təklif edilmişdir. 
Layihə çərçivəsində məktəbin idman müəllimi Hüseynova Şəhla Olimpiya oyunları haqda şagirdləri məlumatlandırmaq məqsədilə xüsusi dərs təşkil etdi. 
Dərsdə Olimpiya oyunları haqda geniş məlumatlar verildi, video təqdimatlar izləndi.
Məktəbin idman müəllimi Gözəlov Elxan dərsdə iştirak etdi. Öz təcrübələrini şagirdlərlə bölüşdü. Dərs şagirdlərin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi