İdman həftəsinə start verildi.

Təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyalarının dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı məqsədilə Təhsil Nazirliyi tərəfindən
"5 mart-Bədən Tərbiyəsi və İdman Günü" ərəfəsində 28 fevral-4 mart 2022-ci il tarixlərində ümumtəhsil məktəblərində idman həftəsinin keçirilməsi təklif edilmişdir.
Məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.
Layihə çərçivəsində Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə idman müəllimi Soltanova Elvira şagirdlərlə gündəlik gimnastik hərəkətlər nümayiş etdirdilər.