Şagirdimizin uğuru.
Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.
İmtahanlarda şagirdlərin hazırda təhsil aldıqları sinfin ikinci, növbəti sinfin birinci yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlığı, yaradıcı potensialı, ümumi dünyagörüşü yoxlanılıb.
Eksternat qaydasında keçirilən imtahanların nəticələrinə əsasən, ibtidai təhsil səviyyəsi üzrə 1 (bir) şagird uğur əldə edib.
Bakı şəhəri 24 nömrəli tam orta məktəbin III sinif şagirdi Abbaslı Duyğu Ramil qızı IV sinfin II yarımilindən təhsilini davam etdirmək imkanı qazanıb.
Şagirdimizə uğurlarının davamını diləyirik!
https://baku.edu.gov.az/az/page/9/6076