Riyaziyyat gecəsi keçirildi.

Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə riyaziyyat fənnini tədris edən Fəhradova Aynurun təşkilatçılığı və 7"A" sinif şagirdlərinin iştirakı ilə "Riyaziyyat bütün elmlərin açarıdır" adlı riyaziyyat gecəsi keçirildi. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. F.Aynur çıxış edərək bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə riyaziyyatın inkişaf tarixinin yaranmasında Azərbaycan alimlərinin rolunu göstərmək, riyaziyyat fənnini bilməyin  bütün sahələrdə vacib olmasının önəmini aşılamaqdan ibarətdir. 
Şagirdlər riyaziyyata, məntiqə aid dünyagörüşlü alimlərin maraqlı kəlamlarını söylədilər, riyaziyyata aid şeirlər, mahnılar səsləndirdilər. Səhnəciklər nümayiş etdirdilər, video təqdimatlar izləndi. 
Məktəbin direktoru Şəhanə Əhmədova çıxış edərək şagirdlərə uğurlar diləyib, onların riyaziyyat fənni ilə bağlı atdıqları addımı alqışlayıb və tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib. 
Tədbirdə məktəbin Tİİ üzrə direktor müavini Sevinc Orucova və fənn müəllimləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi