Lütfi Zadə yaddaşlarda.

16.12.2021-ci il tarixdə məktəbimizin 6a və 6b sinif şagirdlərinin iştiraki ilə Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin 100 illik yubileyi ilə bağlı riyaziyyat gecəsi keçirilmişdir. Tədbirdə Lütfi Zadənin həyat və yaradıcılığı haqqında məlumatlar verilmiş, video təqdimatlar izlənmişdir. Şagirdlərin hazırladıqları hər bir səhnəcik müəyyən bir mövzu ilə əlaqələndirmişdir. Şagirdlər arasında dostluq münasibətlərini möhkəmləndirmək məqsədi ilə “güc birlikdədir” atalar məsəlinə uyğun səhnəciklər rəqəmlərin mübahisəsi əsasında qurulmuşdur. Səhnəciklərdə riyaziyyatın əsas hissəsi olan həndəsi fiqurların mübahisəsi, milli musiqimiz, ədəbiyyatımız, milli folklorumuzla əlaqəsi öz əksini tapmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi