Məktəbimiz aksiyaya qoşuldu.

“Məktəblinin dostu” və "İcma əsaslı məktəbəqədər təhsil" layihələrinin təşkilatçılığı ilə “Oyuncağını bağışla” adlı sosial aksiyaya start verilib. Aksiyaya “Məktəblinin dostu” layihəsinin tərkibində olan 226 ümumtəhsil müəssisəsi qoşulub. Aksiyaya əsasən məktəblilərin könüllü şəkildə təqdim etdikləri oyuncaqlar ölkənin müxtəlif regionlarında yaşayan və təhsil alan uşaqlara göndəriləcək. Bundan əlavə, məktəblilər özlərinin hazırlayacağı oyuncaqlarla da bu aksiyaya qoşulacaqlar. Aksiyanın təşkil olunmasında əsas məqsəd məktəblilər arasında sosial məsuliyyətin, empatiya və paylaşma hissinin formalaşdırılmasıdır. Paylaşılan oyuncaqlar bir-birlərini tanımayan uşaqlar arasında gizli bağ və sevgi yaradacaq.
Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə çalışan "Məktəblinin dostu" layihəsinin əməkdaşı İlahə Dumanovanın təşəbbüsü ilə sözügedən aksiya məktəbimizdə də təşkil olundu. Aksiya şagirdlərin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi