Dəyirmi masa təşkil olundu.
"17 noyabr-Milli Dirçəliş Günü" münasibətilə Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə kitabxana rəhbəri Əliyeva Vüsalənin təşkilatçılığı ilə dəyirmi masa təşkil olundu. Dəyirmi masada məktəbin Tİ işləri üzrə direktor müavini Sevinc Nəsibova çıxış etdi. Azərbaycan dili və ədəbiyyat müəllimi Rəhmanova Sevincin rəhbərlik etdiyi 8"A" sinif şagirdləri "Dirçəliş Günü" ilə bağlı məlumatlar, şeir nümunələri səsləndirdilər.