Şagirdlər Fəxri Xiyabanda və Hərbi Qənimətlər Parkınında oldular.

"8 Noyabr-Zəfər Günü" ilə əlaqədar olaraq Bakı şəhəri 24 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəhmanova Sevincin təşkilatçılığı ilə 8"A" və 8"D" sinif şagirdləri İkinci Qarabağ Müharibəsində canlarından keçmiş şəhidlərin dəfn olunduğu Fəxri xiyabanda, məktəbin kimya müəllimi Rəhimova Rənanın təşkilatçılığı və rəhbərliyi ilə 7"B" sinif şagirdləri Hərbi Qənimətlər Parkında oldular.