Şagirdimiz sertifikatla təltif olundu.
Bakı şəhəri 24 nömrəli tam orta məktəbin VII b sinif şagirdləri “Məktəblilər üçün muzey həftəsi” layihəsi çərçivəsində “Muzeylər və Nizami irsi” adlı virtual beynəlxalq proqramında iştirak etdilər. Məktəbliləri Nizami irsi ilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi daşıyan proqram Təhsil, Mədəniyyət Nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əməkdaşlığı və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keşırilib. Fəal iştirakına görə VII b sinif şagirdi Aynurə Mənsimova beynəlxalq proqramın Sertifikatını qazanıb. Təbrik edirik!