Müstəqilliyimiz əbədidir!
30 il əvvəl, 18 oktyabr tarixində Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi. Bu il 44 günlük Zəfər Salnaməsi müstəqilliyimizin əbədi olduğunu bir daha sübut etdi.
Bakı şəhəri 24 nömrəli tam orta məktəbin tarix müəllimi Qələndərova Xəyalənin təşkilatçılığı ilə 8"A" sinfində "18 Oktyabr-Azərbaycan Respublikası Müstəqilliyinin bərpası Günü"nə həsr olunmuş tədbir təşkil olundu. Tədbirdə şagirdlər önəmli məlumatlar, vətənpərvərliklə bağlı şeirlərlə çıxış etdilər. Video təqdimat nümayiş olundu. Tədbirin sonunda məktəbin Tİ üzrə direktor müavini(Təşkilatçı) Sevinc Nəsibova önəmli günlə bağlı ürək sözlərini tədbir iştirakçıları ilə bölüşdü.
Tədbir şagirdlərin "Qarabağ Azərbaycandır!" şüarları ilə başa çatdı.
"18 Oktyabr-Müstəqilliyin bərpası Günü" ilə bağlı rəsm sərgisi təşkil olundu.