Şagirdlərlə psixoloji testlər təşkil olundu.
Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir.
Şagirdlər arasında psixoloji problemləri öncədən izləmək, aradan qaldırmaq eyni zamanda onların hər birinin psixolji durumu ilə yaxından tanış olmaq məqsədilə Bakı şəhəri Xətai rayonu 24 nömrəli tam orta məktəbin psixoloqu Hacıbabayeva Məhəbbət ibtidai sinif şagirdləri ilə psixoloji söhbətlər aparmış, yuxarı sinif şagirdləri ilə psixoloji testlər təşkil etmişdir. Anonim psixoloji sorğu şagirdlərin böyük marağına səbəb olmuşdur.