Şəhidlər unudulmur!
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-nin "Anım Günü" kimi qeyd edilməsi qərara alınmışdır.
Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə "Anım Günü" tədbiri təşkil olundu.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə şagirdlər Vətənpərvərliklə bağlı şeirlər səsləndirdilər, video slaydlar nümayiş olundu. Məktəbin direktoru Şəhanə xanım Əhmədova böyük Vətən müharibəsi haqqında şagirdləri məlumatlandırdı.
Tədbirin sonunda "Mənim atam qəhrəmandır" layihəsinin Şuşa tədbirində şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə həsr olunmuş "Xudayar təsnifi" nümayiş olundu.