Yeni tədris ili başladı.
Sentyabrın 22-si Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV sinifləri üzrə yeni dərs ilinə start verilib.
Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə "Yeni dərs ili"nin başlaması münasibətilə tədbir təşkil olundu. Tədbiri giriş sözü ilə məktəbin direktoru Şəhanə xanım Əhmədova açdı. O, məktəbə ilk dəfə qədəm qoyan birinciləri və ibtidai sinif şagirdlərini, eləcə də məktəb kollektivini yeni dərs ilinin başlaması münasibətilə təbrik etdi və uğurlar arzuladı.
Şagirdlər hərarətləri ölçülüb, əlləri dezinfeksiya olunduqdan sonra sinif otaqlarına buraxıldılar.
Məktəbdə ilk dərslər təhsil naziri Emin Əmrullayevin imzaladığı "2021-2022-ci tədris ilində ümumi təhsilin fəaliyyət istiqamətləri barədə" əmrinə əsasən "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olundu.