Məzunlara attestatlar təqdim olundu.
İyulun 5-də Bakı şəhəri 24 nömrəli tam orta məktəbin XI sinfini birtirən məzunlara attestatlar təqdim olundu. Attestatların verilməsi zamanı məktəbin direktoru Şəhanə Əhmədova məzunları tam orta təhsili bitirmələri münasibəti ilə təbrik etdi, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı. Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olundu.