"Yay məktəbi"nə start verildi.

17.06.2021-ci il tarixindən Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə "Yay məktəbi"nin keçirilməsinə start verildi. "Yay məktəbi" şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib. 
"Yay məktəbi"  ilə əlaqədar olaraq məktəbin ibtidai siniflər üzrə metodbirləşmə sədri
 İ. Samirənin təşkilatçılığı və ibtidai sinif müəllimləri M.Səadət, S.Aygün, H.Aygün, M.Səbinə, M.Arzunun dəstəyi  ilə  Azərbaycan dili və riyaziyyat fənninin fiziki tərbiyə dərsləri  ilə inteqrasiyası ilə bağlı idman yarışları keçirilmişdir. Yarışda iştirak edən şagirdlər adı gedən fənlər üzrə suallara cavab verərək yarışmışlar. Eyni zamanda məktəbin ingilis dili müəllimi M.Gülnarə yarış iştirakçıları üçün suallar səsləndirdi. Şagirdlər yarışda böyük maraq və fəallıq nümayiş etdirdilər. Qalib komanda müəyyən olundu. Yay məktəbinin sonuna qədər tədbirlərdə fəal iştirak edən şagirdlərin təlimin son günü sertifikat və hədiyyələrlə təltif edilməsi nəzərdə tutulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi