Uşaqlar dünyanın sevincidir!
1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir.
01.06.2020-cı il tarixdə Bakı şəhəri 24 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Cavadova Qumru 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rəhbərlik etdiyi məktəbhazırlıq qrupunun şagirdləri ilə “Uşaqlar dünyanın sevincidir” adlı tədbir proqramı hazırladı. Tədbiri giriş sözü ilə açan Qumru müəllimə şagirdləri təbrik etdi. Bildirdi ki, 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyası uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflərini səsləndirib və 1 iyunu Uşaqların Müdafiəsi Günü elan edib. BMT bu təşəbbüsü bəyənib və uşaqların hüquqlarını, həyat və sağlamlıqlarını öz fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi elan edib. 1950-ci ildə BMT-nin xətti ilə dünyanın 51 ölkəsində bu münasibətlə silsilə tədbirlər keçirilib. Uşaqların hüquqlarının müdafiəsi ilə bağlı BMT Baş Məclisi 1989-cu ilin 20 noyabrında “Uşaq Hüquqları Konvensiyası”nı müvafiq qətnaməsilə ilə qəbul edib. Azərbaycan bu Konvensiyanı Milli Məclisin 1992-ci il 21 iyul tarixli, 236 nömrəli qərarına əsasən ratifikasiya edildiyini qeyd etdi, Məlumat uçun deyək ki, Dünyanın əksər ölkələrində olduğu kimi, "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" Azərbaycanda qeyd edilir.
Daha sonra bayram tədbiri şagirlərin hazırladıqlar maraqlı proqramla davam etdirildi. Şagirdlər şeirlər, mahnılar səsləndirdilər.