ULU BİR SƏRKƏRDƏ, ULU BİR ÖNDƏR!
ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 98-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ XÜSUSİ DƏRS KEÇİRİLDİ.
Xüsusi dərslərin keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyev irsi, həyat və yaradıcılığı ilə məktəbliləri maarifləndirməkdən ibarətdir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanıb. Heydər Əliyevin qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub.
5 may 2021-ci il tarixində 24 nömrəli tam orta məktəbin tarix müəllimi Babayeva Aygün tərəfindən 10"B" və 5"D" sinif şagirdlərinin iştirakı ilə Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş xüsusi dərs virtual platforma üzərindən təşkil edildi. İlk öncə ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Aygün müəllimə şagirdlərə ulu öndərin həyat və yaradıcılığı ilə bağlı geniş məlumat verdi və videoçarx nümayiş etdirdi, şagirdlər də öz növbəsində şeirlər və təqdimatlarla çıxış etdilər. Dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri xalqımız tərəfindən daim uca tutulacaqdır.