Şagirdlərimizin "Yer Günü" ilə bağlı video təqdimatları.
Əsası C.Sterlinq Mortan tərəfindən qoyulan Yer gününün bayram edilməsi XIX əsrin 40-cı illərindən başlayır. 1970-ci ildən başlayaraq ətraf mühitin əhəmiyyətinin təbliğatı, onun ilkin formada qorunub saxlanılması, planetin təbii ehtiyatlarının tükənməsi və s. sahələri əhatə etməsi ilə əlaqədar olaraq bayram "Yer Günü" adlandırılmışdır. Yer gününün qeyd olunmasında hazırda iştirak edən insanların sayı ilk qeyd olunan günə nisbətən on dəfə çoxdur. Bu gün yalnız təbiətin qorunması üçün maariflənmə tədbirləri təşkil olunmur, həmçinin mühafizə olunan təbiət ərazilərinə maddi kömək üçün vəsaitlər toplanır.
Bakı şəhəri 24 nömrəli tam orta məktəbin 6"B" sinif şagirdi Əhmədzadə Əli və 7"C" sinif şagirdi Həmidov Nicat "Yer Günü" ilə bağlı ingiliscə video təqdimatlar hazırlamışlar.