Koronavirusla bağlı təlim-treninqlər keçirilir.
Koronavirusla mübarizə ilə əlaqədar həkim və orta tibb işçilərinə virusdan qorunma yolları ilə bağlı xüsusi təlim-treninqlər keçirilir. Bakı şəhəri 24 nömrəli tam orta məktəbin tibb bacısı Ülviyyə Yamanda həmin təlim-treninqlərdə iştirak etmişdir. Sözü gedən təlimlərdə həmçinin tibb işçiləri əks-epidemik tədbirlər, biomühafizə və karantin qaydaları barədə məlumatlandırılır, onlara COVİD-19 virusu, onun hazırda mövcud olan müalicə sxemləri haqqında ən aktual məlumatlar verilir.