Onlayn valideynlər iclası keçirildi.
Bakı şəhəri 24 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cabbarova Elmira rəhbərlik etdiyi 5"B" sinfində valideynlər iclası təşkil etdi. İclas mövcud pandemiya qaydalarına uyğun olaraq onlayn şəkildə həyata keçirildi. İclasın gündəliyində olan mövzular şagirdlərin distant dərslərə davamiyyəti, "Virtual məktəb" platformasında dərslərin keyfiyyətini artırmağın səmərəli üsulları müzakirə olunmuşdur. C.Elmira valideynləri maraqlandıran sualları cavablandırmış, valideynlərə öz övladlarının dərslərinə ciddi nəzarət etməyi tövsiyyə etmişdir.