Olimpiadanın məktəb mərhələsi həyata keçirildi.

19.04.2021-ci il tarixində 24 nömrəli tam orta məktəbin rus bölməsinin 7-9-cu sinif şagirdləri arasında Təhsil Nazirliyinin dəstəyi ilə "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunmuş olimpiadanın I mərhələsi həyata keçirildi. Olimpiada dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olundu. Suallar əlavə edilmiş cavablar əsasında məktəbin müəllimləri tərəfindən yoxlanıldı. Məktəb üzrə iki şagird təşkil olunmuş olimpiadada ən yüksək bal toplayaraq növbəti mərhələyə vəsiqə qazandılar. Qalib gələn şagirdlər 7ç sinif şagirdi Bayramova Məlan və 9c sinif şagirdi İsgəndərli Nurgün oldu.

Şagirdlərimizə olimpiadanın növbəti mərhələsi üçün uğurlar arzu edirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi