Onlayn Pedaqoji Şura iclası keçirildi.
14 aprel 2021-ci il tarixində Bakı şəhəri 24 nömrəli tam orta məktəbin direktoru Şəhanə Əhmədovanın rəhbərliyi ilə Pedaqoji Şura iclası keçirildi. İclas mövcud pandemiya qaydalarına uyğun olaraq onlayn şəkildə təşkil olundu. İclası giriş sözü ilə açan məktəbin direktoru gündəlikdə duran məsələləri müəllimlərin diqqətinə çatdırdı. Gündəlikdə duran ilk məsələ məktəb kollektivinin COVİD-19 əlehinə vaksinasiyası ilə bağlı maarifləndirmə, ikinci məsələ IX sinif şagirdlərinin cari ildəki buraxılış imtahanlarına hazırlıq məsələlərinin təhlili, üçüncü mühüm məsələ isə distant dərslərdə müəllimlərin tədris etdikləri dərslərin daha səmərəli formada təşkili, eyni zamanda distant dərslərdə davamiyyətə ciddi şəkildə nəzarət olunması idi.
Gündəlikdə duran məsələlər təhlil olunduqdan sonra müəllimləri maraqlandıran suallar cavablandırılmış, qarşılaşacaqları problemlərin həllinə aydınlıq gətirilmişdir.
Sonda məktəb rəhbəri Şəhanə Əhmədova bir daha vaksinasiya məsələsinin vacibliyini müəllimlərin diqqətinə çatdırmış və onlara işlərində uğurlar arzulamışdır.