Məktəb psixoloqu şagirdlər arasında anonim psixoloji sorğu təşkil etdi.
Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı onların psixoloji sağlamlığı, təhlükəsizliyi və rifahı da vacib məsələdir.
Son zamanlar xüsusilə gənclər arasında yaşanan xoşagəlməz hallar təhsil sahəsində çalışan rəhbər işçiləri o cümlədən məktəb psixoloqlarınıda ciddi şəkildə hərəkətə keçirdi.
Şagirdlər arasında psixoloji problemləri öncədən izləmək, aradan qaldırmaq eyni zamanda onların hər birinin psixolji durumu ilə yaxından tanış olmaq məqsədilə Bakı şəhəri Xətai rayonu 24 nömrəli tam orta məktəbin psixoloqu Hacıbabayeva Məhəbbət şagirdlərlə psixoloji testlər təşkil etmişdir. Anonim sorğuda yuxarı sinif şagirdlərinin demək olarki hamısı iştirak etmişlər.
Proses mövcud pandemiya qaydalarına uyğun təşkil olunmuşdur.