1 Mart-Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirildi.
1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.
Bu məqsədlə Bakı şəhəri 24 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yusubova Mədinənin təşkilatçılığı ilə rəhbərlik etdiyi 4"Ç" sinfində maarifləndirici tədbir keçirildi.
Y.Mədinə Beynəlxalq Mülki Müdafiə təşkilatının yaranması, mülkü müdafiənin məqsədi və maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş məclisin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olmuşdur. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir. Mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur. Əsas məqsəd əhalinin və şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, bir sözlə, qaydaları nəzəri və əməli cəhətdən öyrətməkdir.
Tədbirdə əyani vəsaitlər və fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində videoçarx nümayiş olundu, şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı.