“Erkən nikahlar və onların fəsadları” mövzusunda tədbir keçirildi.
1 mart 2021-ci il tarixdə Bakı şəhəri 24 nömrəli tam orta məktəbin psixoloqu H.Məhəbbət yuxarı sinif şagirdləri ilə tədbir keçirdi. Yuxarı sinif şagirdləri üçün təşkil olunmuş bu tədbirdə “Erkən nikahlar və onların fəsadları” mövzusunda təqdimatlar nümayiş olundu, onlar arasında maariflənmə işi aparıldı.
H.Məhəbbət erkən nikahların ailə quran şəxslərə, onların uşaqlarına ümumilikdə isə ailə quruluşuna və bütövlükdə cəmiyyətə mənfi təsir göstərməsi barədə danışdı. Uşaq evliliyi probleminə sosial aspektdən yanaşan məktəb psixoloqu məktəblilərə uşaq hüquqları haqqında Beynəlxalq Konvensiyalar və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu haqqında məlumat verdi. O, bildirdi ki, erkən yaşda qurulan nikahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır.
Daha sonar H.Məhəbbət şagirdləri maraqlandıran sualları cavablandırdı.
Tədbir şagirdlərin böyük marağına səbəb oldu.