Unutsaq, unudularıq!

Xocalı faciəsinin 29-cu ildönümünün tədrisdə əks olunması məqsədilə Bakı şəhəri Xətai rayonu 24 nömrəli tam orta məktəbdə tarix fənnini tədris edən Babayeva Aygün 24 fevral 2021-ci il tarixində məktəbin 6"A" sinif şagirdləri ilə Xocalı faciəsinə həsr olunmuş “Unutsaq, unudularıq” adlı xüsusi dərs təşkil etdi. Dərsdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. B.Aygün Xocalı soyqırımı haqqında məlumat verib, çıxış edərək Xocalı soyqırımının erməni millətçilərinin əsrlərlə xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin növbəti qanlı səhifəsi olduğunu, faciənin insanlıq əleyhinə ən böyük cinayətlərdən olduğunu vurğulayıb.

Sonra tədbirin bədii hissəsi başlayıb. Şagirdlərin ifasında Xocalı faciəsi ilə bağlı şeirlər səsləndirilib, video təqdimatlar nümayiş olunub.

Şagirdlərin şahidi olmadıqları Xocalı faciəsi haqqında məlumatları diqqət və maraqla dinləmələri, öz uşaq təfəkkürləri ilə hadisələrə yanaşma tərzləri bir daha Xocalı qətliamının xalqımızın taleyində, yaddaşlarda necə dərin izlər buraxdığını bir daha sübut edir. Xocalı bizim qan yaddaşımızdır!-bu cümlə böyükdən kiçiyə hər bir Azərbaycan vətəndaşının şüarı olmalıdır. 

Dərsdə həmçinin B.Aygün Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın şəhid jurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin rolunun danılmaz olduğunuda şagirdlərin diqqətinə çatdırdı. 

Dərs distant dormada təşkil edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi