Xocalıya ədalət!
Fevralın 25-də Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnlərini tədris edən Nəcəfova Kəmalə rəhbərlik etdiyi 7”B” sinif şagirdləri ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi dərs təşkil etdi. Dərsdə iştirak edən şagirdlər əsrin soyqırımı kimi qiymətləndirilən Xocalı faciəsini əks etdirən şeir nümunələri və məlumatlarla çıxışlar etdilər. Bu qanlı hadisənin tarixçəsi ilə bağlı video-süjetlər şagirdlərə təqdim olundu. N.Kəmalə Azərbaycan xalqının tarixində dərin iz buraxmış soyqırım hadisələri ilə bağlı məlumat xarakterli çıxış etdi və tədbirin yekununda xalqımızın əzmkar ruhu və işğalçı düşmənə qarşı mübarizəsini yetişən nəslin hər bir nümayəndəsinin öyrənməli olduğunu bildirdi, vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərə rəhmət dilədi. Tədbir şagirdlərin "Xocalıya ədalət!" şüarları ilə yekunlaşdı.
Dərs mövcud pandemiya qaydalarına uyğun olaraq distant şəkildə təşkil olundu.