Xocalı faciəsi uşaqların gözü ilə.

Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə "İllik Fəaliyyət Planı"na əsasən Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş silsilə tədbirlərin həyata keçirilməsi prosesi davam etdirilir.

Bu məqsədlə məktəbdə "Xocalı faciəsi uşaqların gözü ilə" rəsm sərgisi təşkil olundu. Sərgidə şagirdlərin çəkdikləri rəsmlər və əl işləri nümayiş edildi. 

Rəsm əsərlərində və əl işlərində uşaq təfəkkürünün məhsulları özünü tablolarda çox böyük ustalıqla əks etdirirdi. Uşaq təfəkkürünün həmin faciənin şahidi olmadan yaratdığı həmin əsərlər Xocalı faciəsinin dəhşətlərini bir daha gözlər önünə sərirdi.

Sərgi böyük maraqla qarşılandı və izləndi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi